SMM üzrə mütəxəssis
 
JOB TITLE: SMM üzrə mütəxəssis
EMPLOYER: PRO CON izo MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-28 LAST UPDATED: 2021-08-30 DEADLINE: 2021-09-27

PRO CON İZO MMC - SMM üzrə mütəxəssis

İş barədə məlumat:

- Sosial media hesabları və platformaları (Facebook, LinkedIn,Instagram və s.) ilə işləmək;
- Həftəlik və aylıq kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və soruğuları cavablandırmaq;
- Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;
- Bütün SMM kanallarına nəzarət etmək;
- Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək;
- Məhsullar və xidmətlər üçün yaradıcı ideya və təkliflərin hazırlanması.

- İş qrafiki: Bazar ertəsi – Şənbə: 09:00-dan - 18:00 -dək;
- Bazar günü istirahət günüdür;
- Əmək haqqı : 400-500 manat

Namizədə tələblər:

- Təhsil : Ali
- Sosial media sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini orta səviyyədə bilmək;
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
- Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;
- Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;
- Gündəmi izləmək, analiz etmək və araşdırma aparmaq qabiliyyəti.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi dcc@proconizo.az ünvanına “SMM üzrə mütəxəssis” başlığında göndərməyiniz xahiş olunur. Qeyd etmək istəyirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP