Daxili nəzarət mütəxəssisi
 
JOB TITLE: Daxili nəzarət mütəxəssisi
EMPLOYER: AVT Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-30 LAST UPDATED: N/A DEADLINE: 2021-09-29

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 17.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Daxili nəzarət mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2-3il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-35

İşin Təsviri: Daxili nəzarət prosesinin təşkili və idarə olunması.

Vəzifə öhdəlikləri:

- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.

Tələblər:

- Dəqiq və məsuliyətli olmaq;
- Problemləri həll etmə bacarığı;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP