Təchizatçı
 
JOB TITLE: Təchizatçı
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-30 LAST UPDATED: N/A DEADLINE: 2021-09-29

Təchizatçı

Vəzifə öhdəlikləri:

• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
• Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satın alınmasını, tender prosesinin idarə olunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender komissiyasına məlumat vermək;
• Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
• Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
• Təlimlər ilə əlaqədar daxil olan sifarişləri həyata keçirmək;
• Proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək.

Namizədə tələblər:

• Ali texniki təhsil;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
• MS Office üzrə biliklər;
• Satınalma sahəsində 1-2 illik iş təcrübəsi;
• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu və dövlət satınalmaları ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq normativ-hüquqi aktları bilməli;
• E-satınalma portalında iş təcrübəsi.

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini əmək haqqı gözləntilərini göstərmək və mövzu hissəsində “Təchizatçı” qeyd etməklə joinus02@outlook.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP