Nəqliyyat əməliyyatlarının idarə edilmə şöbəsinin müdiri
 
JOB TITLE: Nəqliyyat əməliyyatlarının idarə edilmə şöbəsinin müdiri
EMPLOYER: Avromed Company QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-31 LAST UPDATED: N/A DEADLINE: 2021-09-30

Şirkət: “Avromed Company” QSC
Vəzifə: Nəqliyyat əməliyyatlarının idarə edilmə şöbəsinin müdiri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Nəqliyyat logistikasının xərclərinin qiymətləndirilməsi və təhlili;
• Nəqliyyat logistikasına aid büdcə idarəçiliyi və nəqliyyat logistikası xərclərinin optimallaşdırılması. Logistika prosesləri ilə əlaqəli maliyyə axınının əlaqələndirilməsi və istiqamətinin təyin edilməsi;
• Sifarişlərin müştərilərə fasiləsiz çatdırılmasının və filiallar arasında malların daşınmasının təşkili;
• Hər bir filial üçün marşrut planlaşdırmasının keyfiyyətinə nəzarətinin və avtomobil parkının məhsuldarlığının təmin edilməsi;
• Şöbə işinin təkmilləşdirilməsi, nəqliyyatdan istifadənin səmərəliliyinin artırılmasına yönəlmiş yeni sistemlərin hazırlanması və tətbiq edilməsi;
• Yeni logistika sistemlərinin dizaynı və inkişafı, həmçinin mövcud logistika sistemlərinin optimallaşdırılmasını təmin edilməsi;
• Hesabat formalarının və metodlarının inkişafı üzərində işin təşkil edilməsi;
• Şöbə işçilərinin, verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
• Nəqliyyat logistikası şöbəsinin daxili və xarici əlaqələrinin təşkil edilməsi;
• Hazırlanmış və təsdiq edilmiş sxemlərə uyğun olaraq şöbə ilə şirkətin digər bölmələri arasında qarşılıqlı əlaqənin təşkil edilməsi;
• Şirkətin logistik əməliyyatlarının dəyərinin və səmərəliliyinin optimallaşdırılmasının təmin edilməsi;
• Nəqliyyatda SƏTƏM qaydalarının tətbiq edilməsi;
• Yol hərəkəti qaydalarının pozulmasının monitorinqi və səbəblərinin aradan qaldırılması.

TƏLƏBLƏR:

• Ali təhsil (İqtisadi,texniki);
• Nəqliyyat logistika sahəsində Rəhbər vəzifəsində ən azı 3 il iş təcrübəsi;
• Təşkilatçılıq və İdarəetmə;
• Yüksək analitik və riyazi bacarıqlar;
• Marşrutlaşdırmanın əsaslarını bilmək;
• Nəqliyyat istismarı və Avtopark idarəçiliyinin əsas prinsiplərini bilmək;
• İş analizi və xidməti fəaliyyətin qiymətləndirilməsi bacarığı;
• Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla;
• Qabaqcıl PC istifadəçisi.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 30.09.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Nəqliyyat əməliyyatlarının idarə edilmə şöbəsinin müdiri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP