Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: TAİS-İKF MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-31 LAST UPDATED: N/A DEADLINE: 2021-09-30

Baş mühasib

Vəzifə tələblər:

• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi
• Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək
məhsulun ,iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini,işçilərə əmək haqqı və digər sosial xarakterli ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayrılmaların uçotunu düzgün təşkil etmək, balansın çıxarılması
rəsmi hesabatların hazırlanması(statistika,DSMF və s.)
• E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsini həyata keçirmək
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin uçotunu aparmaq və mühasibat uçotu hesabatlarında onların hərəkətini,dövriyyəsini izləmək
• 6 günlük iş həftəsi- servis xidməti
• Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir

Namizədə tələblər:

• İqtisadiyyat, mühasibatlıq və ya maliyyə kredit sahəsində ali təhsil
• Müvafiq sahədə 3-5 il iş təcrübəsi,baş mühasib vəzifəsində ən azı 3 il
• Azərbaycan və rus dillərində mükəmməl danışıq (ingilis dili arzuolunandır)
• Microsoft və ofis, 1C8.3 proqramlarını bilmək
• E-taxes.gov.az BTP-də işləmək bacarığı
• Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə malik olma

Elanda qeyd edilən tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “baş mühasib” qeyd etməklə CV formalarını info@tais-ikf.az e-mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP