HSE (SƏTƏM) meneceri
 
JOB TITLE: HSE (SƏTƏM) meneceri
EMPLOYER: TAİS-İKF MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-31 LAST UPDATED: N/A DEADLINE: 2021-09-30

Vəzifə : HSE (SƏTƏM) meneceri

Əmək haqqı: razılaşma yolu ilə.

Tələblər:

- 30 - 45 yaş arası namizədlər;
- Ali Texniki təhsil;
- İaşə sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
- Dillər : azərbaycan və ingilis dillərini bilməlidir;
- Microsoft Office proqramları – mükəmməl;
- Bu sahə üzrə müvafiq sertifikatların (NEBOSH, IOSH, ISO 9001:2008, COSHH, OHSAS 18001., 14001:2015 və s.) olması.

Professional bacarıqlar:

- Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri bilmək;
- Əmək məcəlləsinin, izibati xətalar məcəlləsinin və digər əmək qanunvericiliyinə aid normativ sənədlərin tələblərini;
- Qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olmaq;

Şəxsi keyfiyyətlər:

- Nəticəyə yönəlik;
- Ünsiyyət qurma bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Məsuliyyətli və intizamlı;
- Öyrənmək qabiliyyəti;

Vəzifə təlimatı:

- Şirkət daxilində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlək vəziyyətdə saxlanılması;
- SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
- SƏTƏM üzrə illik məqsədlərin və hədəflərin qoyulması və həyata keçirilməsi;
- Fövqəladə hallarda fəaliyyət planının işlənib hazırlanması;
- Tullantıların idarə olunması üzrə işlərin həyata keçirilməsi;
- SƏTƏM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqi;
- SƏTƏM üzrə təlimlərin təşkili və həyata keçirilməsi;
- SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi;
- SƏTƏM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Müştərilərin və ya podratçı şirkətlərin SƏTƏM şöbəsi ilə daima sıx əlaqə saxlamaq;
- SƏTƏM üzrə həyata keçirilən tədbirlərin effektivliyinin qiymətləndirilməsi;
- Vaxtaşırı olaraq SƏTƏM üzrə rəhbərliyə hesabatların verilməsi;
- Risklərin qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi və s.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (foto şəkililə) info@tais-ikf.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP