Logistika üzrə mütəxəssis
 
JOB TITLE: Logistika üzrə mütəxəssis
EMPLOYER: Mətanət A DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-08-31 LAST UPDATED: N/A DEADLINE: 2021-09-30

“Mətanət A” şirkəti Logistika üzrə mütəxəssis vakansiyasını elan edir

İşin təsviri:

- Şirkətin xarici logistika əməliyyatlarının yerinə yetirilməsi;
- Daşınma şirkətlərin sorğuya dəvət olunması, təkliflərin təhlili və rəhbərliyə təqdim olunması;
- Daşınma zamanı yüklərin sığortalanmasının təşkili;
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
- Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili;
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların emal olunması, sistemə işlənilməsi və ödənişlərin vaxtında icrasına nəzarət;
- Tədarükçülərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
- Daşınmaların vəziyyətini mütəmadi olaraq izlənməsi;
- Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət.

İş şəraiti:

- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və Bazar günü.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

- Yaş həddi: 25-45
- Təhsili: Ali təhsilli.
- Loqistika üzrə iş təcrübəsi: Minimum 2 il.
- Dil bilikləri:Azərbaycan dili sərbəst, İngilis və Türk dilini bilməsi mütləqdir. Rus dili arzuolunandır.
- Kompüter biliyi: Word, Excell, Internet Explorer, 1C 8.2 proqramında işləmə bacarığı olmalı

Əlavə Tələblər:

- Logistika sahəsində təcrübə mütləqdir (beynəlxalq ticarətin əsaslarını, beynəlxalq daşınma qaydalarını bilmək şərtdir)
- Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
- Satınalma müqavilələri ilə işləmə bacarığı;
- Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarının bilməsi;
- Xarici logistikanın bilməsi;
- Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

Qeyd:

- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərmək xahiş olunur;
- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;
- Əlaqə nömrəsi: 050-208-66-95.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP