Reklam yerləşdirmə üzrə mütəxəssis
 
JOB TITLE: Reklam yerləşdirmə üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: 2021-09-10 DEADLINE: 2021-10-10

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Reklam yerləşdirmə üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Bütün növ çöl reklamları üzrə media yerləşdirilməsini təmin etmək;
• Qeyd edilən reklam daşıyıcılarının satınalmasını həyata keçirmək;
• Daimi olaraq bazarı araşdırmaq və lazım gəldikdə uyğun yerdəyişmələr etmək;
• Bütün yerləşmələr üzrə monitorinq həyata keçirmək;
• Yerləşmələr üzrə hesabat vermək;
• Rəqib şirkətlərin bu sahədə olan yerləşmələrini daimi olaraq izləmək və uyğun fəaliyyət göstərmək;
• Əməkdaşlıq etdiyimiz şirkətlərə yerləşmə təkliflərini vermək;
• Müxtəlif kampaniyalar üzrə layihələrin işlənilməsi(büdcə, deadline, auditoriya, kommunikasiya vasitəsi müəyyənləşdirmək, geri dönüşü hesablamaq);
• Ayrılmış resursların düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə və deadline çərçivəsində həyata keçməsinin təmin edilməsi;
• Mütəmadi olaraq bazarı izləmək və yeni imkanları aşkarlamaq;
• Bazarın dinamikasına uyğun çevik həllər təklif etmək;
• Bazarda yeni məhsulun tanıdılması planını hazırlamaq və icra etmək;
• Görülmüş işlərin effektivliyini ölçmək və bu barədə rəhbərliyə həftəlik/aylıq hesabatların təqdim edilməsi.
• Şəhər və regionları tanımaq və mütəmadi səfərlər etmək.

Tələblər:

• Azərbaycan dilini səlis bilməli, rus dili bilikləri arzuolunandır;
• Minimum 1 il bu sahədə peşəkar təcrübə (Reklam sahəsi üzrə iş təcrübəsi);
• Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalıdır;
• Marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları)

İş şəraiti:

• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
• Rəqabətqabiliyyətli əmək haqqı

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kt00q051

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP