Optik təmsilçi
 
JOB TITLE: Optik təmsilçi
EMPLOYER: Fokus Optika DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-01 LAST UPDATED: N/A DEADLINE: 2021-10-01

OPTİK TƏMSİLÇİ (Bakı, Sumqayıt və digər regionlar üçün də keçərlidir).

Vəzifə öhdəlikləri:

• Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq;
• Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək;
• Müştəri sorğularını cavablandırmaq;
• Digər məhsullar haqqında müştəriyə məlumat vermək;
• Ehtiyac yaranarsa müştərini Optik ustaya yönləndirmək;
• Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək;
• Sifarişlər barəsində ustanı məlumatlandırmaq;
• Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək.

Vəzifə tələbləri:

• Təhsil -Orta (Ali təhsil üstünlükdür);
• Yaş həddi: 25-40;
• Təcrübə - Satış sahəsində 1 ilə qədər;
• Satış prinsipləri və texnikaları üzrə biliklər;
• Davranış etiketi qaydaları üzrə biliklər;
• Effektiv ünsiyyət, intizamlılıq, təqdimetmə bacarığı.

İş şəraiti:

• Əmək haqqı: Razılaşma əsasında;
• İş qrafiki: Həftənin 6 günü;
• AR Əmək məcəlləsinə uyğun sənədləşmə.

Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.

Müraciət etmək istəyən namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində “Optik təmsilçi” yazaraq vacancy@focusoptika.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP