Bazar riskləri üzrə Analitik – mütəxəssis, aparıcı və baş mütəxəssis
 
JOB TITLE: Bazar riskləri üzrə Analitik – mütəxəssis, aparıcı və baş mütəxəssis
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-01 LAST UPDATED: N/A DEADLINE: 2021-10-01



Ümumi məlumat

Kapital Bank namizədləri Bazar riskləri üzrə Analitik – mütəxəssis, aparıcı və baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi;
• İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
• Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə nəzarət edilməsi;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
• Bazar riskləri sahəsində araşdırılma aparılması.

Tələblər:

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Qiymətli kağızlar haqqında yüksək bilik;
• Ümumi bazar risklərinin idarə edilməsi, risk metrikləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.

Üstünlük verilən bilik və bacarıqlar:

• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır;
• Əla səviyyədə praktiki Excel bacarıqları;
• Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;
• İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;
• Müvafiq olaraq mütəxəssis, aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 1, 2 və 3 il iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP