Assistent (Zaqatala)
 
JOB TITLE: Assistent (Zaqatala)
EMPLOYER: PASHA Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-02 LAST UPDATED: N/A DEADLINE: 2021-09-16

Assistent (Zaqatala)

Vəzifənin məqsədi:

Filial daxilində yüksək xidmət standartlarına uyğun olaraq müştəriyə xidmət göstərməsinə görə məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri:

• Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi
• Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması
• Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımı tədbirlərin görülməsi
• Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi.
• Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası.
• İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi.
• Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi.
• Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması.
• Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi.
• Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi.
• Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi.
• Filial rəhbəri və Filial koordinatoru tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması.
• Bank standartlarına uyğun məktubların hazırlanması, Filiala əlaqəli məktubların qəbulu və göndərilməsi.
• Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatının təmin edilməsi.

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
• Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
• Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
• Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
• Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Vəzifə tələblərinə uyğun gələn namizədlərdən CV-lərini recruitment@pashabank.az email ünvanına məktubun başlığında “Assistent (Zaqatala)” yazaraq göndərmələri xahiş edilir.

Son tarix: 15.09.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP