Senior Java Developer
 
JOB TITLE: Senior Java Developer
EMPLOYER: Unibank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-02 LAST UPDATED: 2021-09-02 DEADLINE: 2021-10-02

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Proqramlaşdırma/Bank
Müqavilə şərtləri: Daimi

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

Senior Java Developer

Vəzifə və öhdəliklər:

• Yeni sistemlərin yaradılması;
• Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi;
• Biznesin sifarişinə uyğun olaraq mövcud mobil əlavələri yeni qoyulan tələblərə uyğunlaşdırmaq;
• Mövcud sistemlərin işinin davamlı olması üçün, yaranan problemlərin həll edilməsi.

Tələblər:

• Bu sahədə ən az 5 il iş təcrübəsi;
• OOP prinsiplərini dərindən bilməli;
• Java proqramlaşdırma dili üzrə dərin biliklər;
• Clean code prinsiplərini bilməli ;
• Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər;
• ORM (Hibernate) bilikləri;
• GIT ilə işləmə bacarığı;
• Microservice arxitekturası və REST api serverlər haqda biliklər;
• SQL verilənlər bazası (Oracle, Postgresql) bilikləri;
• Kafka və ya digər mesajlaşma platforması ilə təcrübə;
• CI/CD, Kubernetes, Docker, API Gateway bilikləri arzuolunandır;
• Agile bilikləri arzuolunandır;
• Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
• Komanda ilə işləmə bacarığı;
• Azərbaycan dilində əla, İngilis dilində yaxşı səviyyədə bilik.

Qeyd: Peşəkar təcrübənin və tələblərə uyğunluğun qiymətləndirilməsi üçün hazırlanmış əlavə və ya layihələrə linklər qeyd edilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər cv@unibank.az email ünvanına CV göndərərək mövzu hissəsində “Senior Java Developer” qeyd etməklə vakansiyaya müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP