Mal-material nəzarətçisi
 
JOB TITLE: Mal-material nəzarətçisi
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-03 LAST UPDATED: N/A DEADLINE: 2021-10-03



MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

2021-ci ilin Yanvar, Fevral və Mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə işçı sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

“MKT İK” MMC Mühasibatlıq komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Mal-material nəzarətçisi axtarır.

Vəzifə öhdəlikləri:

• Anbarlarda müqavilə əsasında icarəyə götürülən və Şirkətə məxsus qurğu və avadanlıqları, operatorları və işçi qüvvəsini səmərəli və effektiv şəkildə əlaqələndirmək, ayırmaq və nəzarətdə saxlamaq;
• Tapşırıqları müvafiq qaydada qəbul etmək, siyahılaşdırmaq və onları anbar işçilər arasında bölüşdürmək;
• Bütün satın alınan, tələb olunan və buraxılan materialların, avadanlıqların və alətlərin qeydiyyatlarının proqram təminatında Materiallara nəzarət və Anbar sahəsinin fəaliyyətini tam əhatə etməsini təmin etmək;
• Bütün mədaxil və məxaric olan materialların, avadanlıqların və alətlərin sifarişlərinin dəqiqliklə hazırlanıb və fayllarda saxlanmasını təmin etmək;
• Anbarda saxlanmalı olan bütün materiallar və alətlər barəsində proqram təminatında məlumatların təzələnməsini və onların xüsusi yeşiklərdə saxlanmasını təmin etmək;
• Proqram təminatına daxil olan bütün materialların sənədləşmə tələblərinə uyğun olmasının təmin edilməsi;
• Məxaric olunan bütün materialların və alətlərin proqram təminatında lazımi qaydada qeydiyyata alınmasının, həmçinin düzgün sənədləşmə və invoys tələblərinə cavab verməyən materialların növbəti qərar verilənədək karantində saxlanmasının təmin edilməsi;
• Yoxlamalardan sonra düzəlişlər və əlavələrin Karantin qeydiyyat jurnalına vaxtlı-vaxtında daxil olunmasının təmin edilməsi;
• Düzgün qeydlərin aparılması və MKT idarəçiliyində olan məlumat bazasına daxil olmasını təmin etməklə inventarların sayılması/onlara nəzarət;
• Anbardan göndərilən istehsal materialları və alətləri üçün bütün müvafiq sənədlərin (yük qaiməsinin, tələb olunan əlavələrin, Materialların təhlükəsizlik pasportlarının, sertifikatların və s.) təqdim olunmasını təmin etmək. Materialların təhvil verilməsi və ya ötürülməsi əməliyyatlarının proqram təminatında işlənməsini, prosedura uyğun olaraq sənədlərin təqdim olunmasını və arxivləşdirilməsini təmin etmək;
• Mal material şöbəsinin fəaliyyətdən doğan nailiyyətlərin monitorinqi, habelə, baş verə bilən bütün gecikmələrin və ya boşluqlar barədə rəhbərliyin məlumatlandırılmasını təmin etmək;
• Bütün materialların anbarda düzgün, təhlükəsiz şəraitdə, zədəsiz və normal istismar tələblərinə uyğun olaraq saxlanmasını təmin etmək.

Tələblər:

• Ali təhsil; (Mühasibat və ya maliyyə ixtisası üzrə);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Analitik təhlil etmə qabiliyyəti;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Mal-material nəzarətçisi” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP