Kredit üzrə mütəxəssis
 
JOB TITLE: Kredit üzrə mütəxəssis
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-03 LAST UPDATED: N/A DEADLINE: 2021-10-03

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Aşağıda qeyd edilən ərazilər üzrə “Kredit üzrə mütəxəssis” vakansiyası açıq elan edilir:

Regionlar üzrə:

- Gəncə
- Astara
- Lerik
- Beyləqan Mebel
- Salyan
- Ağdam

Bakı əraziləri üzrə:

- Maştağa
- Masazır
- Xalqlar Dostluğu
- Torqovaya və 28 May

Tələblər:

• İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
• Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək analitika qabiliyyəti;
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

• Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ə/h: 400 azn+bonus
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində müvafiq ərazini qeyd edərək recruitment@optimal.az elektron ünvanına CV ilə müraciət edə bilərlər:

• Kredit üzrə mütəxəssis – Gəncə
• Kredit üzrə mütəxəssis – Astara
• Kredit üzrə mütəxəssis – Lerik
• Kredit üzrə mütəxəssis – Beyləqan Mebel
• Kredit üzrə mütəxəssis – Salyan
• Kredit üzrə mütəxəssis – Ağdam
• Kredit üzrə mütəxəssis – Maştağa
• Kredit üzrə mütəxəssis – Masazır
• Kredit üzrə mütəxəssis – Xalqlar Dostluğu
• Kredit üzrə mütəxəssis – Torqovaya və 28 May

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP