İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Software Tester)
 
JOB TITLE: İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Software Tester)
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-03 LAST UPDATED: N/A DEADLINE: 2021-10-03

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Software Tester)

Namizədə tələblər:

- Təhsil: Ali
- İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
- SQL və proqramlaşdırma dilləri (C#) üzrə baza bilikləri
- Bug tracking izləmə sistemləri ilə təcrübə (TFS)
- GUI Test Automation tools-lar ilə təcrübə (Selenium WebDriver, HP QTP, AutoIt və s.)
- Test metodologiyaları üzrə biliklər (Functional, Automation, Performance və s.)
- Unit testing üzrə ilkin biliklər
- Analitik təhlil etmə və operativlik bacarığı
- Komandada işləmə bacarığı

Vəzifələr:

- Proqram təminatının tələbləri və texniki xarakteristikalarından asılı olaraq proqramın testləşdirilməsi üzrə Testsuite və Testcase -lərin hazırlanması
- Modul, sistem və istifadəçilər səviyyəsində test işləri daxil olmaqla proqram təminatı üzrə test işlərinin həyata keçirilməsi
- GUI Test Automation alətlərindən istifadə etməklə UI testlərin hazırlanması

İş şərtləri:

- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı : 600 – 1000 azn (bilik və bacarıqlarına əsasən təyin olunur)

Məlumatlandırıcı qeydlər:

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Software Tester)” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir. Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar  iş gününü maraqlı və faydalı edir.   Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP