İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
 
JOB TITLE: İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-03 LAST UPDATED: N/A DEADLINE: 2021-10-03

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Namizədə tələblər:

- Yaş həddi : 22-26
- Təhsil: Ali
- İş təcrübəsi:ən azı 1 il İnformasiya Texnologiyaları sahəsi üzrə
- Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (yaxşı)
- Microsoft Windows, Linux, Unix, Android, İOS (arzuolunandır)

Vəzifə öhdəlikləri:

- İnformasiya sistemlərinin təhlükəsizlik səviyyəsinin təhlili və hesabatların hazırlanması;
- İnformasiya Təhlükəsizliyi üzrə daxili normativ sənədləri hazırlanması;
- Texniki sənədlərin və sistem jurnallarını təhlili;
- Kommersiya sirri və məxfi məlumatların qorunması üzrə lahiyələrin icrası;
- İnformasiya sistemlərinin monitoringi;
- Çalışdığı bölmənin funksionalı ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.

Şəxsi keyfiyyətlər:

- Riyazi düşünmə bacarığı;
- Analitik təhlil bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Böyük komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;

İş şərtləri:

- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 400 AZN

Məlumatlandırıcı qeydlər:

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir. Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar  iş gününü maraqlı və faydalı edir.  Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP