Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Gill Med MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-05 LAST UPDATED: 2021-09-06 DEADLINE: 2021-10-05

Mühasib

Namizədə dair əsas tələblər:

• Ali təhsil və ya magistr dərəcəsi (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsindən ümumi məlumatı olmalı;
• 1C proqramı ilə sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

Əsas vəzifə və öhdəliklər:

• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında mühasibat hesabatlarının tərtib olunması;
• Təhtəlhesab, balans, avans hesabatının aparılması;
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
• Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;
• Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
• Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;

İş şəraiti:

• Həftə ərzində 6 günlük iş qrafiki.

• İş saatı: 09:00-18:00

• Əməkhaqqı 500 – 700 AZN

• Cinsi - kişi

• Yaş həddi : 35-50

• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözlərini qeyd edərək hr@gillmed.az ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP