Satış üzrə Təmsilçi
 
JOB TITLE: Satış üzrə Təmsilçi
EMPLOYER: AZEA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-06 LAST UPDATED: 2021-09-06 DEADLINE: 2021-10-06

AZEA Group MMC inşaat şirkəti haqqında ətraflı məlumatı www.azea.az saytından əldə edə bilərsiniz.

HÖRMƏTLİ NAMİZƏD!

BU VAKANSİYA ÜÇÜN CV GÖNDƏRMƏKDƏN ƏVVƏL ELANI DİQQƏTLƏ VƏ SONA KİMİ OXUMANIZI XAHİŞ EDİRİK. YALNIZ TAM ƏMİN OLDUĞUNUZ HALDA CV GÖNDƏRİN, ÇÜNKİ SATILACAQ MƏHSUL VƏ XİDMƏTLƏR SPESİFİKDİR.

VƏZİFƏNİN ADI: Satış üzrə Təmsilçi;

ƏMƏK HAQQI: 500 AZN ((net) + satışlardan 3% bonus (minimum plan 20.000 AZN, maksimum limitsiz) + 100 AZN (nəqliyyat, mobil rabitə və s. xərclər üçün);

VƏZİFƏNİN NÖVÜ: 95% OFİS XARİCİ, 5% OFİS DAXİLİ (müştərilərə zəng edib görüş təyin etmək və ya görülən işlər haqqında hesabat hazırlamaq üçün);

SATILACAQ MƏHSUL VƏ XİDMƏTLƏR: fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin, hovuz, landşaft, interyer eksteryer layihələri (dizayn). Habelə onların tikinti və təmirinin reallaşdırılması.

Hansı iş şəraiti təklif olunur:

• İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
• Korporativ mobil nömrə;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

Biz kimi axtarırıq:

• Ali/orta təhsilli;
• Azərbaycan vətəndaşı olmalı;
• Dizayn, tikinti və təmir xidmətlərinin satışı sahəsində 1 ildən 3 ilə qədər təcrübənin olması mütləqdir.
• Dil biliyi: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli.
• Standart MS Office proqramları haqqında bilik və bacarıqlar: (Word, Excel, PowerPoint (ehtiyac olsa təqdimat keçirmək üçün)).
• Yaş həddi: 23-50;
• Şəxsi avtomobilin olması üstünlükdür (amortizasiya xərcləri qarşılanır);
• MÜŞTƏRİ BAZASININ OLMASI ÜSTÜNLÜKDÜR.

İş barədə məlumat:

• Qoyulan satış hədəflərini həyata keçirmək;
• Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi;
• İşgüzar görüşlərin təşkil olunması, işgüzar danışıqların, yazışmaların və müqavilələrin bağlanması üzrə işlərin aparılması, satış həcminin artırılması, mövcud olan müştəri bazasının genişləndirilməsi;
• Məhsulların satışı, yeni məhsulların tikinti sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsullar və onların istifadəsi barəsində məlumatların verilməsi, müştəri suallarını əsaslandırılmış formada cavablandırılması;
• Yeni müştəriləri şirkətə cəlb etmək (görüşlər keçirərək təklifləri təqdim etmək), şirkətin keçmiş və cari inşaat layihələri haqqında məlumatlandırmaq;
• Müştərilərilərə təklif olunan dizayn (layihələndirmə), tikinti və təmir xidmətləri, keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri haqqında ətraflı və dəqiq məlumatlar vermək;
• Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflər hazırlamaq;
• Satışın təşkili məqsədi ilə müştərilər üçün təqdimatlar hazırlayaraq keçirmək;
• Rəhbərliyə satışlar haqqında həftəlik hesabatlar təqdim etmək;
• Rəhbərliyin digər yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;

Yalnız Azərbaycan dilində və yalnız şəkilli CV-zi hr@azea.az e-ünvanına göndməyinizi xahiş edirik. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Satış üzrə Təmsilçi) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP