Marketinq üzrə menecer
 
JOB TITLE: Marketinq üzrə menecer
EMPLOYER: LIBRAFF MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-06 LAST UPDATED: N/A DEADLINE: 2021-10-06

İşəgötürən: “LIBRAFF” MMC

Vəzifə: Marketinq üzrə menecer

Əsas vəzifə öhdəlikləri:

- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq; təhlillər əsasında şirkətin güclü və zəif tərəflərini müəyyən etmək;
- Biznesin inkişafı istiqamətində bazarı daim təhlil etmək, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək;
- Şirkətin hədəf auditoriyasını təhlil etmək;
- Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək;
- Şirkətin (LIBRAFF və STORİES COFFEE üzrə) xidmət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürmək;
- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində aylıq fəaliyyət planlarını hazırlamaq;
- Problemli məhsullarla bağlı tədbirlər görmək;
- Filiallarda vizual dizayna nəzarət etmək, mağaza və kafe vitrinlərini, mağaza daxilini (interyeri) müştəri və şirkətin maraqlarına uyğun olaraq təkmilləşdirmək;
- Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlamaq;
- Marketinq komandasını idarə etmək;
- Şirkətin hədəflərini, mövqeyini nəzərə almaqla SMM və PR strategiyasını müəyyən etmək, komandanı bu strategiyaya uyğun istiqamətləndirmək;
- Şirkətin rəsmi saytını daim nəzarətdə saxlamaq və təkmilləşdirmək.

Əsas tələblər:

• marketinq sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi;
• marketinq, menecment və yaxud yaxın sahə üzrə ali təhsil;
• marketinqin əsasları üzrə bilik və bacarıqlar;
• analiz etmək qabiliyyəti;
• yüksək şifahi və yazılı komunikasiya bacarığı;
• peşakar idarəetmə bacarığı;
• düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı;
• kreativlik və yaradıcılıq

İş haqqında:

Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
Nahar: şirkət tərəfindən təmin olunur
İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Şirkət haqqında:

2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncədə 1 mağaza ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.

Müraciət üçün e-mail: human.resources@libraff.az

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və e-mailda minimal gözlənilən əmək haqqını qeyd etmək tövsiyyə olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP