Marketinq komunikasiyaları üzrə mütəxəssis
 
JOB TITLE: Marketinq komunikasiyaları üzrə mütəxəssis
EMPLOYER: Auto Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-06 LAST UPDATED: N/A DEADLINE: 2021-10-06



Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu mövqeyini hər zaman qorumağı bacaran "Auto Azərbaycan" şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur "Hyundai" avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

Vəzifənin adı: Marketinq komunikasiyaları üzrə mütəxəssis

Marketinq mütəxəssisi markanın cari marketinq fəaliyyətini öncədən planlaşdırılmış marketinq strategiyası çərçivəsində icra edir.

Vəzifə öhdəlikləri:

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

• Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək;
• Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsinə dair müvafiq təkliflər vermək;
• Üçüncü tərəflərlə olan işləri koordinasiya etmək;
• Marka standartlarının qorunmasına cavabdehlik;
• Marka mesajlarının davamlı olmasını təmin etmək;
• Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək;
• Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək;
• Marka mesajlarının effektiv çatdırılması üçün komunikasiya kanallarını idarə etmək.

Tələblər:

• Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
• Araşdırma və ya kommunikasiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
• Sosial media və digər komunikasiya alətlərininə dair nəzəri və praktiki biliklər.
• Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
• Yüksək səviyyədə Azərbaycan, İngilis dili bilikləri. Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir.
• Orta MS Office proqramları biliyi;
• Təzyiq altında işləməyə hazır;
• Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
• Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
• Özünə əmin və dinamik xarakter;
• Sürücülük vəsiqəsi arzu olunandır.

Əmək şəraiti:

• İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
• 6 günlük iş rejimi;
• Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
• Auto Azərbaycan bərabər iş imkanları vəd edir və bütün işçilərə istənilən növ ayrıseçkilikdən uzaq iş şəraiti yaradır. İşə götürülmə ilə bağlı bütün qərarlar namizədin vəzifə öhdəliklərinə uyğunluğu, şəxsi bilik və bacarıqlarına əsaslanır və müraciət edən şəxsin dini, irqi, milli mənsubiyyəti, cinsi və yaşından asılı olmayaraq qəbul edilir.

Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Marketinq Mütəxəssisi" başlığı ilə hr@autoaz.az ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP