Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis
EMPLOYER: Azerbaijan Poultry Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-06 LAST UPDATED: N/A DEADLINE: 2021-10-06



Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.

Vəzifə: Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

Vakansiya haqqında məlumat:

- “Azerbaijan Poultry Company” MMC- nin yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə “Azerbaijan Poultry Company” MMC -nin qüvvədə olan standart və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək.
- “Azerbaijan Poultry Company” MMCn in işlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək.
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək.
- Cari işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə üsul və təlimatların hazırlanmasında iştirak etmək.
- Keyfiyyət menecmentinin sistemi çərçivəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi:
- Keyfiyyətə nəzarət şöbəsi rəisinin göstərişi ilə Keyfiyyət Menecment Sistemi ilə bağlı olan məsələlər daxil olmaqla “Azerbaijan Poultry Company” MMC -nin normativ sənədlərinin hazırlanmasında iştirak edir;
- “Azerbaijan Poultry Company” MMC- nin struktur bölmələrinin daxili auditində iştirak edir və daxili auidit proqramını əvvəlcədən marağlı tərəflərin nəzərinə çatdırır;
- Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasında iştirak edir;
- Rəhbərlik tərəfindən Keyfiyyət Menecment Sisteminin analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak edir;
- Məlumatın analiz edilməsi, KMS proseslərinin və ümumilikdə KMS-in səmərəliyinin funksiyalaşdırılması prosesi haqqında hesabatların hazırlanmasında iştirak edir;Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək.
- İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanmasını öyrənmək.
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək.
- Kommersiya sirlərini qorumaq.
- Əmək məhsuldarlığını artırmaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq .

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili arzu olunandır.
- Təhsili: ali
- Müəssisənin keyfiyyət menecmenti sisteminə HASSP ,İSO standart tələblərindən məlumatlı olmaq;
- Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi
- Komandada işləmək bacarığına sahib olmalı;
- Proqram təminatı: MS Office,

Bilməlidir:

- İSO 22000 standartının əsaslarını;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş şəraiti:

- 6 günlük iş həftəsi
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
- Əmək haqqı: 650 AZN (net)
- İş yeri: Ucar rayonu

Vakansiyaya uyğun olan namizədlər CV-lərini hr@apc.az ünvanına mövzuda keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP