Hüquşünas
 
JOB TITLE: Hüquşünas
EMPLOYER: Noble-N MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-06 LAST UPDATED: N/A DEADLINE: 2021-10-06

Hüqüşünas

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.

Öhdəliklər:

- Rəhbərliyin ümumi nəzarəti altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, hüquqi təminat, ekspertiza və təhlil işinin aparılması;
- Müəssisə daxilində hazırlanan əmr, təlimat, prosedurlar, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etməsi;
- Müəssisənin tərəf-müqavilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçiriməsi; Podrat, xidmət və satınalma əməliyyatlarını aparmaq üçün bağladığı müqavilələrin vahid idarəetmə mexanizmində iştirak etmək, sifarişin (təklifin) qəbul edilməsindən müqavilənin bağlanmasına qədər olan fəaliyyətdə iştirak etmək, müqavilələrin proqram təminatı və vahid qovluqlar sistemində dövriyyəsini təşkil etmək;
- Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmini;
- Müəssisənin iştirak etdiyi tenderlər üçün hüquqi nöqteyi nəzərdən tələb olunan sənədlərin hazırlanması, bank qarantiyalarının alınması, lisenziyaların alınması, icbari və könüllü sığortalanmanın təşkili, müəssisənin adından bütün növ məktubların hazırlanması, əmrlərin, etibarnamələrin, miqrasiya üçün tələb olunan sənədlərin hazırlanması, korporativ sənədləşmənin aparılması;
- Müəssisənin struktur bölmələrinin əməkdaşları tərəfindən qanunvericilik və normativ tələbələrə uyğun işləməsinin təmin edilməsi məqsədilə daxili audit və yoxlamalar aparmaq və uyğunluğu qiymətləndirmək.
- Müəssisənin fəaliyyətində tətbiq olunan qanunları və normativ sənədləri izləmək, hüquqi-normativ bazanın yenilənməsi.

Namizədə olan tələblər:

- Hüquq sahəsi üzrə ali təhsil
- Hüquqşünas olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir)
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli - Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti olmalı
- İşgüzar ünsiyyət bacarığı
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli olmalı.

E-mail: natig@noblegroup.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP