Müştəri xidməti operatoru
 
JOB TITLE: Müştəri xidməti operatoru
EMPLOYER: Caspel LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-07



Vəzifə: Müştəri xidməti operatoru
Struktur hissəsi: Müştəri xidmətləri şöbəsi
Birbaşa tabeçilik: Texniki departamentin direktoru

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:

• Cəmiyyətin xidmət və məhsullarindan istifadə edən müştərilərə professional yardım göstərmək;
• Müraciət edən şəxs və təşkilatları dinləmək, problemlərini araşdırmaq və lazımi tədbirləri təmin etmək;
• Daxil olan sorğuları qəbul etmək, müvafiq şəxslərə yönləndirmək və cavab aldıqdan sonra problemin səbəbini və aradan qaldırılmasını qeyd etmək;
• Telefon və elektron poçt vasitəsi ilə müştərilərdən sifariş qəbul etmək və qeydiyyatını aparmaq;
• Müraciətləri texniki tərəfdən düzgün qiymətləndirmək, məsləhətlər vermək, problemlərin maksimum operativ sürətdə həllini təmin etmə;
• Rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirir;
• Öz fəaliyyətində Cəmiyyətin rəhbərlərinin göstərişlərini, əmrlərini, digər normativ sənədlərini, sanitariya və yanğından muhafizəsinin norma və qaydalarının tələblərini rəhbər tutur və əməl edir.

Tələblər:

- Ali texniki təhsil
- Azərbaycan, rus, ingilis dillərini mükəmməl bilmək
- Şəbəkə avadanlıqlarının, komputerlərin və digər rabitə texnologiyalarının işləmə prinsipini, təyinatını və istismar funksiyalarını mükəmməl bilmək
- İstifadə olunan proqram təminatlarının və sistemlər haqqında kifayət qədər məlumat bilmək

Fərdi keyfiyyətlər: Məsuliyyətlilik
Əlaqələndirmə qabiliyyəti
Nəzakətlilik
Diqqətlilik
Səbrlilik

Məşğulluq: Tam

E-mail: sidiqa.p@caspel.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP