İstehlak kreditləri üzrə kiçik ekspert
 
JOB TITLE: İstehlak kreditləri üzrə kiçik ekspert
EMPLOYER: Bank of Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-07

İstehlak kreditləri üzrə kiçik ekspert

Vəzifənin təsviri

- İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər:

o Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
o Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
o Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
o Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu

Seçim meyarları:

o İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
o Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
o MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
o Yaradıcı və analitik düşüncə tərzi
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri:

o İş yeri: Bakı filialları
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstehlak kreditləri üzrə kiçik ekspert qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP