Kassa Aparatları üzrə Qeydiyyatçı
 
JOB TITLE: Kassa Aparatları üzrə Qeydiyyatçı
EMPLOYER: Caspel LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-07

Vəzifə: Kassa Aparatları üzrə Qeydiyyatçı
Struktur hissəsi: Satış
Birbaşa tabeçilik: Satış Şöbəsinin Müdiri
Funksional tabeçilik: Kommersiya Departamentinin Müdiri

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:

• Operator sertifikatlaşdırılmış və dövlət reyestrinə daxil edilmiş model üzrə mövcud NKA barədə məlumatları (model və zavod nömrəsi) portal üzərindən Nazirliyin informasiya sisteminə daxil edir;
• Operator dövlət reyestrində artıq mövcud olan NKA modelinin yalnız sertifikatlaşdırılması və Nazirliyin informasiya sisteminə daxil edilməsi üçün portaldan ərizə ilə müraciət edir;
• Dövlət reyestrində artıq mövcud olan NKA-nın sertifikatlaşdırılması bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir;
• İstifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır;
• Operator Nazirliyin informasiya sisteminə daxil edilmiş və nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş NKA-nı yalnız vergi orqanında uçota alınmış təsərrüfat subyekti (obyekti) olan hüquqi şəxs və ya fərdi sahibkara təqdim edə bilər.
• Nazirlik tərəfindən göndərilmiş sertifikatı Operator nəzarət mexanizmi qurğusuna yüklədikdən sonra aktla birlikdə İstifadəçiyə təqdim edir və nəzarət mexanizmi qurğusu İstifadəçi tərəfindən elektron kabinetdən aktivləşdirilir.
• Nəzarət mexanizmi qurğusunun sertifikat müddətinin bitməsinə 7 gün qaldıqda Nazirlik tərəfindən Operator və İstifadəçinin elektron kabinetinə bu barədə bildiriş göndərilir. Nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdən sonra həmin nəzarət mexanizmi qurğusunda olan məlumatlar Operator tərəfindən Nazirliyə ötürülür və yeni sertifikat yüklənir.

Tələblər:

- NKA üzrə başlanğıc biliklər
- Qeyd olunan peşədə azı 6 ay – 1 il təcrübə

Fərdi keyfiyyətlər:

- Məsuliyyətlilik
- Diqqətlilik
- Səliqəlilik

Məşğulluq: Tam

E-mail: sidiqa.p@caspel.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP