Nisyə satış üzrə mütəxəssis
 
JOB TITLE: Nisyə satış üzrə mütəxəssis
EMPLOYER: Mandarin.az DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-07

Mandarin.az Nisyə satış üzrə mütəxəssis vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq !

Öhdəliklər;

− Nisyə mal almaq məqsədilə müraciət edən müştəriləri qəbul etmək;
− Müştərilərə mövcud məhsulların tələb və şərtləri haqqında məlumat vermək;
− Nisyə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
− Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
− Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
− Nisyə satış üçün tələb olunan sənədləri qanunvericiliyə və daxili qaydalara uyğun rəsmiləşdirmək;
− Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
− Əməliyyat sisteminin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
− Daxili qaydalara uyğun olaraq həvalə olunmuş tapşırıqları yerinə yetirmək;
− Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
− Baş verən fors major-hadisələr barədə rəhbərinə məlumat vermək;

Tələblər:

• Bu sahədə ən az 1 il iş təcrübəsi
• Analitik düşüncə qabiliyəti.
• MS Office proqramlarında səlis işləmə bacarığı
• Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
• Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək

İş qrafiki: 6 günlük qrafik- həftədə bir gün istirahət
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.
Satışa əsasən bonus sistemi mövcuddur.

Vakansiyaya müraciət üçün CV-nizi “Nisyə satış ürə mütəxəssis” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP