Yük gömrük bəyannaməçisi
 
JOB TITLE: Yük gömrük bəyannaməçisi
EMPLOYER: SSI Retail MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-07

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Yük gömrük bəyannaməçisi tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu idxal və ixrac olunan malların düzgün və vaxtında rəsmiləşdirilməsini həyata keçirtməkdir.

Vəzifə öhdəlikləri:

• Gömrük məlumat bazasında olan sənədləri yoxlayır
• Gömrük bəyannaməsinin hazırlanmasını həyata keçirir
• Malların tarif kodlaşdırma sisteminə uyğun olmasını təsnifləndirir
• Sənədlərin düzgünlüyünü yoxlayır və gömrük məlumat bazasına yerləşdirir
• Dövlət rüsumlarının tarifinin düzgünlüyünü yoxlayır və ödənişləri həyata keçirdir
• Gömrük nizamnamələrinə aid yenilikləri izləyir

Əsas tələblər:

Təhsil:
• Gömrük / Maliyyə / Təchizat Zənciri İdarəetməsi / Logistika ixtisası üzrə dərəcə
• Gömrük rəsmiləşdirilməsi və bəyannaməsində müvafiq sertifikatlar və ixtisaslaşma arzu olunandır

Təcrübə:
• Ən azı 1 illik müvafiq iş təcrübəsi (pərakəndə sektoru arzuolunandır)

Professional biliklər:
• Incoterms haqqında biliklər
• MS Office proqramları

Professional bacarıqlar və kompetensiyalar:
• Detallara Diqqət
• Vaxtın İdarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Yük gömrük bəyannaməçisi” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP