Satış əlaqələri üzrə administratorun köməkçisi
 
JOB TITLE: Satış əlaqələri üzrə administratorun köməkçisi
EMPLOYER: SSI Retail MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-07

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Satış əlaqələri üzrə administratorun köməkçisi tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu brendin göndərdiyi məhsul çeşidlərinin yoxlanılmasına və bazaya daxil edilməsinə dəstək etməkdir

Vəzifə öhdəlikləri:

• Tərəfdaşlardan əldə olunmuş məlumat əsasında məhsul haqqında daxili proqramda qeyd aparır
• Tərəfdaşlardan alınan məlumatlar ilə Packing list-dəki məhsulları qarşılaşdırır
• Artıq və ya əksik gələn məhsulların qeydiyyatını aparır
• Tərəfdaşlara məhsulun statusu haqqında məlumat verir
• Gəlməyən və ya zədələnmiş məhsula görə təzminat alınmasını təşkil edir
• Tərəfdaşlara aid hesab fakturaların proqrama işləyir və vaxtında ödənilməsini təşkil edir

Əsas tələblər:

Təhsil:
• Ali təhsil

Təcrübə:
• Müvafiq sahədə təcrübə arzu olunandır

Professional biliklər:
• MS Office Proqramları
• İngilis və Rus dilləri

Professional bacarıqlar və kompetensiyalar:
• Məsuliyyətlilik
• Detallara diqqət
• Nəticə yönümlülük

Vaxtın İdarəolunması Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış əlaqələri üzrə administratorun köməkçisi” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP