Kiçik analitik
 
JOB TITLE: Kiçik analitik
EMPLOYER: ProSol QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-01

Biz-kökləri yüksək texnologiyalar sahəsində İsrail sənayesinə gedən, ölkədə təhlükəsiz kiber-mühitin yaradılmasına sadiq olan Azərbaycan şirkətiyik. Təhlükəsiz və etibarlı rəqəmsal ekosistem yaratmaqda hökumətlərin, kritik infrastruktur təşkilatlarının və korporativ müəssisələrin kibertəhlükəsizlik və İnformasiya Texnologiyalarının (İT) ehtiyaclarını qarşılayırıq. Texnoloji üstünlüyü, məlumatların təhlili və biznes yönümlü düşüncəni tətbiq edərək, müştərilərimizə biznes məqsədlərini və strategiyalarını daha sürətli şəkildə müdafiə etməyə kömək edirik.

Biz nə edirik

Müştərilərimizlə biznes məqsədlərini tam şəkildə dəstəkləyən aydın Kiber Təhlükəsizlik strategiyasının inkişaf etdirilməsi üzərində işləyirik. PROSOL-un kiber risklərin idarə edilməsi üzrə məsləhətçiləri kimi, biz müştərilərə kiber risklərin idarə edilməsi və IT üçün xüsusi nəzarət arxitekturasını optimallaşdırmağa kömək edirik.

Vakansiya: Kiçik analitik

Vəzifə öhdəlikləri:

1. İnformasiya sistemləri, İT sahəsi və biznes risklərini anlamaq və tətbiq etmək;
2. Verilən tapşırıqları düzgün yerinə yetirmək;
3. İT auditi üzrə Beynəlxalq standartlar, Beynəlxalq Audit yanaşması (IAA), ISACA/COSO -nun audit üzrə təlimatları haqqında biliklərin artırılması;
4. NIST, COBIT, ITIL və ISO 2700x standartlarını bilmək;
5. Rəhbərlikdə/ layihə nəzarətində menecerə kömək etmək;
6. Sənədlərin dəstəyi ilə layihələrin idarə edilməsində iştirak;
7. Ən yaxşı nəticələrə nail olmaq üçün daxili qlobal resurslardan/ materiallardan, beynəlxalq standartlardan istifadə və PROSOL metodologiyalarının tətbiqi;
8. Müştəri heyəti və layihə komandası ilə birbaşa ünsiyyət;
9. Müştərinin/ layihənin müxtəlif məsələləri üzrə məsul rəhbər / menecerə yardım.
10. Layihə planına uyğun olaraq eyni zamanda bir neçə layihənin üzərində işləmək bacarığı

Tələblər:

1. Ali təhsil / gözlənilən dərəcə (Tətbiqi riyaziyyat, İqtisadi kibernetika, Kompüter elmləri sahəsində olanlara üstünlük verilir)
2. İnformasiya sistemlərinin, eləcə də, PC-əsaslı proqramlarında səriştə;
3. Tətbiqlərin, interfeyslərin, sistem infrastrukturunun, məlumatların emalı və ümumi texnologiya idarəetmə elementlərinin auditi sahəsində təcrübə
4. Ofis proqramları ilə işləmək bacarığı: MS Excel, MS Word, MS Power Point, Outlook
5. Azərbaycan, ingilis dillərində əla yazılı və şifahi ünsiyyət bacarıqları. Rus dili arzuolunandır
6. Bir çox vəzifələri eyni zamanda həll etmək üçün plan imkanı
7. Diqqət və analitik düşünmə bacarığı
8. Qoyulan vaxt çərçivəsində və təzyiq altında işləmək bacarığı,
9. Öz təşəbbüsü və komandanın bir hissəsi kimi işləmək bacarığı
10. Əla təqdimat, həmçinin, hesabatların yazılması da daxil olmaqla, ünsiyyət bacarıqları

Biz nə təklif edirik:

PROSOL-da sizin uzunmüddətli gələcəyiniz bizim üçün də vacibdir. Buna görə məqsədimiz bir ömür boyu sizə lazım olacaq təcrübə verməkdir. Təlim və inkişaf, biznes və ya könüllü imkanları inkişaf etdirmək üçün uğurlu karyera qurmaq əsnasında zəngin təcrübə əldə edəcəksiniz. Biz bu xüsusiyyətimizlə fəxr edirik – işə qəbul olunan işin məsuliyyətini qəbul edir, yeni düşüncə tərzlərini təşviq edir və müxtəlifliyi və inkluzivliyi əhatə edir. Bizim də ruhumuz innovatordur və biz işimizi necə və nə etdiyimizdə – daha yaxşı olmaq üçün çalışırıq.

Bundan əlavə, biz təklif edirik:

- Fəaliyyətə əsasən artan əmək haqqı;
- Şəffaf karyera yolu;
- Təlim və inkişaf proqramlarının geniş mövcud olduğu şərait;
- Beynəlxalq yönümlü müxtəlif layihələrdə iştirak etməklə peşə vərdişlərinin daha da inkişaf etdirilməsi imkanları.

Müraciət üçün son tarix: 30.09.2021

Müraciətlərinizi, vakansiya başlığını mövzu bölümünə qeyd etməklə hr@prosol.az e-mail adresinə göndərə bilərsiniz. Həmçinin, şirkətimiz barədə ətraflı məlumatı yenilənmiş www.prosol.az ünvanından əldə edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP