Marketinq üzrə menecer
 
JOB TITLE: Marketinq üzrə menecer
EMPLOYER: Green Cleaning MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-07

İşə götürən: “GREEN CLEANİNG” MMC
Vəzifə: Marketinq üzrə menecer

Əsas vəzifə öhdəlikləri:

- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirmək, şirkət üçün qısamüddətli və uzunmüddətli inkişaf strategiyasını hazırlamaq; təhlillər əsasında şirkətin güclü və zəif tərəflərini müəyyən etmək;
- Biznesin inkişafı istiqamətində bazarı daim təhlil etmək, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləmək;
- Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq;
- Şirkətin hədəf auditoriyasını təhlil etmək;
- Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək;
- Şirkətin (Təmizlik və dizinfeksiya üzrə) xidmət sistemini təkmilləşdirmək üçün təkliflər irəli sürmək;
- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində aylıq fəaliyyət planlarını hazırlamaq;
- Problemli məhsullarla bağlı tədbirlər görmək;
- Şirkətin vizual dizaynına nəzarət etmək, müştəri və şirkətin maraqlarına uyğun olaraq təkmilləşdirmək;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlamaq;
- Marketinq komandasını idarə etmək;
- Şirkətin rəsmi saytını daim nəzarətdə saxlamaq və təkmilləşdirmək.

Əsas tələblər:

• marketinq sahəsində rəhbər vəzifədə azı 3(üç) il iş təcrübəsi;
• marketinq, menecment və yaxud yaxın sahə üzrə ali təhsil;
• marketinqin əsasları üzrə bilik və bacarıqlar;
• analiz etmək qabiliyyəti;
• yüksək şifahi və yazılı komunikasiya bacarığı;
• peşəkar idarəetmə bacarığı;
• düzgün planlaşdırma və vaxtını idarə etmə bacarığı;
• kreativlik və yaradıcılıq

Əmək haqqı: 1500- 3000

İş haqqında:

Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir.

Maraqlanan ərizəçilər, mövzu hissəsində "Marketinq üzrə menecer" qeyd olunmaqla, CV-ni (greencleaning.hr@gmail.com ) elektron poçtuna təqdim etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP