Təchizatçı (tikinti və təsərrüfat sahəsində)
 
JOB TITLE: Təchizatçı (tikinti və təsərrüfat sahəsində)
EMPLOYER: Universal Təchizat ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-07 LAST UPDATED: N/A DEADLINE: 2021-10-07

Təchizatçı (tikinti və təsərrüfat sahəsində)

Namizədə olan tələblər:

• Ali təhsil;
• Yaş həddi: 29-40 yaş arası;
• Təchizat sahəsində 1-3 il iş təcrübəsi;
• Tikinti və təsərrüfat sahəsində bazarın təhlil edilməsi və təchizat sahəsində sənəd dövriyyəsinin təşkili;
• Təchizatın planlaşdırılması və danışıqların aparılması bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, Ingilis dili arzuolunandır;
• MS Office proqramlarından sərbəst istifadə bacarığı;
• Yüksək kommunikasiya və stressə davamlılıq;

İş barədə məlumat:

• Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
• Açılmış sifariş formalarının analizi;
• Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
• Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Vakansiya ilə maraqlanan namizədlərdən öz CV formalarını(şəkilli olaraq) nteymurova@yahoo.com email ünvanına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP