Tərəfdaşlarla iş və kommunikasiya departamentinin mütəxəssisi
 
JOB TITLE: Tərəfdaşlarla iş və kommunikasiya departamentinin mütəxəssisi
EMPLOYER: Elektron Hökumətin İnkişafı Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-08 LAST UPDATED: 2021-09-16 DEADLINE: 2021-10-08

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Tərəfdaşlarla iş və kommunikasiya departamentinə mütəxəssis vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Tərəfdaşlarla iş və kommunikasiya departamentinə mütəxəssis axtarışındadır.

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər.

Vəzifə öhdəlikləri:

- Müxtəlif layihələrin PR planının tərtibatı və işlərinin həyata keçirilməsi;
- Media mümayəndələri ilə kommunikasiyaı;
- Mətbuat konfranslarının, brifinqlərin, müsahibələrin və reportajların təşkili;
- Sahə üzrə müxtəlif məzmunların hazırlanması
- KSM layihələrinin həyata keçirilməsinə dəstək;
- Sosial media fəaliyyətinə dəstək, trendlərin izlənilməsi, yeni təkliflərin verilməsi, briflərin hazırlanması;
- Rəhbərliyin tapşırığı ilə hesabatların, arayış, təqdimat və digər sənədlərin hazırlanması;
- Sosial media platformalarının idarəedilməsində dəstək;
- Sosial media alətlərindən istifadənin həyata keçirilməsində dəstək;
- Sosial mediada effektiv reklam siyasətinin həyata keçirilməsində dəstək;

Tələb olunur:

- Ali Təhsil (Uyğun və yaxın sahələrdə)
- Aidiyyatı sahədə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri – Azərbaycan, İngilis (mükəmməl). Rus və digər dillər (üstünlük)
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarını yüksək səviyyədə bilmək

Davranış bacarıqları:

- Mükəmməl kommunikasiya və təqdimat bacarıqları;
- Hesabatlılıq və şəxsi məsuliyyətlilik;
- Yenilikçilik və yüksək təşəbbüskarlıq;
- Kreativ və analitik düşüncə bacarığı.

Biz təklif edirik:

• Rəqabətə davamlı əmək haqqı
• Performansa görə mükafatlandırma
• Tibbi siğorta
• Zəngin təcrübə və peşəkar inkişaf
• Müasir standartlara cavab verən işyeri və ən son texnologiyalarla təminat
• Mehriban və inklüziv mühit

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

*Yalnız bu tələbləri qarşılayan namizədlərin müraciət etmələrini xahiş edirik.

Müraciət üçün: https://www.digital.gov.az/vacancies/74

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP