Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Kristal Abşeron MTK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-08 LAST UPDATED: N/A DEADLINE: 2021-10-08

Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: Satınalma üzrə mütəxəssis

Tələblər:

– Ali təhsil;
– Təchizat sahəsində (tikinti sahəsi üzrə) 2 il iş təcrübəsi,
– Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları,1 C),
– Güclü ünsiyyət və danışıq qabiliyyəti,
– Azərbaycan dilini və Rus dilini mükəmməl bilməli;
– Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

– Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
– Yaradılmış sifariş formalarının analizi;
– Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
– Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
– Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- İş yeri: Xırdalan şəhəri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla ''hr@kristalabsheron.az'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP