Uİ/UX dizayner
 
JOB TITLE: Uİ/UX dizayner
EMPLOYER: Azərbaycan Kredit Bürosu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-08 LAST UPDATED: N/A DEADLINE: 2021-10-08

Azərbaycan Kredit Bürosu Uİ/UX dizayner vakansiyası üzrə işə qəbul elan edir.

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) 2018-ci ildə ölkənin 8 böyük bankının təsisçiliyi ilə yaradılmışdır. Maliyyə infrastrukturunun mühüm elementlərindən biri olan AKB 150-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir.
AKB qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və kredit hesabatı formasında tərtib edir və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Bununla da maliyyə assimetriyasını minimallaşdıraraq kredit risklərinin azaldılmasında əhəmiyyətli rol oynayır.

NAMİZƏDİN VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Proqram təminatı məhsullarının UI/UX interfeyslərinin responsiv dizaynda hazırlanması;
• Mövcud dizaynların inkişaf etdirilməsi;
• Dizaynlardakı problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması;
• Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi;
• Saytların və veb interfeyslərin layihə və dizaynının hazırlanması;
• Dizayn yığıldıqdan sonra, onun yoxlanılması;
• Struktur rəhbərləri tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

• Figma, Adobe Photoshop, Adobe Illustrator proqramları ilə işləmək bacarığı
• UI/UX interfeyslərini responsiv dizayn hazırlamaq bacarığı
• Müasir veb-dizayn tendensiyalarını anlamaq
• Kollektivdə işləmək bacarığı
• Analitik düşünmək və problem həll etmək bacarığı
• Asan ünsiyyət qura bilmək
• Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@acb.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Uİ/UX dizayner” göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP