Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Xaçmaz filialı)
 
JOB TITLE: Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Xaçmaz filialı)
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-08 LAST UPDATED: N/A DEADLINE: 2021-09-23

“Bank Respublika” ASC “Xaçmaz” filialı üçün Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
• Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
• Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
• Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
• Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
• Biznes analizlərin aparılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
• Yüksək səviyyədə satış etmək bacarığı;
• Korporativ müştərilərlə işləmək bacarığı;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Xaçmaz filialı) qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP