Kalyon Pruva Azərbaycan qabiliyyət proqramı
 
JOB TITLE: Kalyon Pruva Azərbaycan qabiliyyət proqramı
EMPLOYER: Kalyon Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: N/A DEADLINE: 2021-10-09

KALYON HOLDİNG Azərbaycanda gənc mühəndislərə həm işləmək, həm də beynəlxalq təcrübə qazanmaq şansı verən KALYON PRUVA AZƏRBAYCAN gənc qabiliyyət proqramına start verir.

Layihənin məqsədi:

Qardaş ölkəmiz Azərbaycanda yeni məzun olan və peşə həyatının başlanğıcında karyera quran gənc mühəndisləri Kalyon Holding olaraq, heyətimizdə işə götürməklə onları tam təchizatlı mühəndis kimi yetişdirməyi hədəfləyirik.

Günü-gündən böyüyən ailəmizdə Azərbaycanlı işçilərin karyera inkişafını dəstəkləmək məqsədi ilə, Türkiyədə tətbiq etdiyimiz karyera inkişaf proqramı “Kalyon Pruva”-nı Azərbaycanda da həyata keçiririk.

Kalyon Pruva Azərbaycan Nədir?

Azərbaycanda Kalyon Holdinq tərəfindən həyata keçiriləcək bütün layihələrdə işləyəcək, müəyyən meyarlara sahib, xüsusi qiymətləndirmələrdən keçmiş gənc mühəndislər üçün hazırlanmış bir karyera inkişaf proqramıdır.
Məqsədimiz qardaş ölkə Azərbaycanda həyata keçirdiyimiz layihələr vasitəsilə qrupumuza daxil etdiyimiz həmkarlarımızın doğru seçilərək və yerləşdirilərək, eyni zamanda təcrübələrini düzgün qiymətləndirərək məşğulluğunu təmin etdikdən sonra;Universitetimiz (HKU) tərəfindən hazırlanan texniki və idarəetmə təhsili proqramları, iş yerində təlimlər və rotasiyalarla yaxından izlənərək işçilərin inkişafını planlaşdırmaq və karyera baxışı yaratmaq; hər iki ölkənin gələcəyinə töhfə verəcək Azərbaycanlı gənc mühəndislərinin hazırlanmasına şans yaratmaq.

İşə qəbul olunacaq şöbələri;

1. Torpaq işləri
2. Drenaj işləri
3. Ocaq işləri
4. Sanat yapıları
5. Üst yapı işləri

Namizədlərdən tələb olunan meyarlar:

• Universitetlərin inşaat mühəndisliyi və ya digər aidiyyati fakültəsindən məzun olan,
• Yeni məzunlar və ya inşaat səhəsində maksimum 3 il – 5il iş təcrübəsi olan,
• Təhsil almaq və təcrübə keçmək məqsədi ilə Türkiyəyə getmək üçün heç bir maneəsi olmayan,
• Güclü analitik düşüncə, təhlil və təşkilatçılıq bacarığına sahib,
• İnkişaf etmiş şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib,
• MS Office programlarından istifadə edə bilən,

Namizədlər müraciətlərini başlıq yerinə “gənc yetənək “ yazmaqla azeinsankaynaklari@kalyonholding.com mail ünvanından edə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP