Anbar rəhbəri
 
JOB TITLE: Anbar rəhbəri
EMPLOYER: Mover LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: N/A DEADLINE: 2021-10-09

MOVER MMCAnbar rəhbəri” vakansiyası üzrə əməkdaş axtarışındadır!

Vəzifə öhdəlikləri:

• Bölmənin işçilərinə rəhbərlik etmək, onların fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək;
• Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
• Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
• Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək;
• Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət etmək;
• Malların qəbul edilməsi və təhvil verilməsi zamanı təmizlik, təhlükəsizlik qaydalarına və intizama riayət etmək;
• Anbardakı proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün bütün ehtiyatlardan qənaətlə istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi və əmək sərfinin aşağı salınması üzrə iş aparmaq.

Tələblər:

• Anbar sahəsində minimum 5 illik, anbarın idarə olunması üzrə minimum 2 illik iş təcrübəsi;
• MS Office bilikləri;
• Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
• Analitik və problemləri həll etmək bacarığı;
• İş analizi və xidməti fəaliyyətin qiymətləndirilməsi bacarığı;
• Cəld, dəqiq və məsuliyyətli olmalı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbar rəhbəri” qeyd edərək cv@mover.az e-mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP