Satış təmsilçisi (mağaza)
 
JOB TITLE: Satış təmsilçisi (mağaza)
EMPLOYER: Başak Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: N/A DEADLINE: 2021-10-09

ŞİRKƏT HAQQINDA:

“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.

Vəzifə: Satış təmsilçisi (mağaza)

Tələblər:

• Ali təhsil,
• Xanım namizədlərə üstünlük veriləcək,
• Satış üzrə minimum 2-3 il təcrübə (yalnız bu vəzifədə təcrübəsi olan namizədlərin cv formalarına baxılacaq),
• Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
• Danışıqlar aparma qabiliyyəti,
• Rus dili biliyi,
• Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,
• 23-30 yaş aralğı.

Vəzifə öhtəlikləri:

• Satış icrasının təmin edilməsi;
• Müştərilərin mağazada qarşılanması və məhsullar barədə onlara ətraflı məlumat verilməsi;
• Müştərilərə məhsul seçimində kömək edilməsi;
• Məhsulların mağaza vitrinlərində verilmiş plana əsasən düzülməsi;
• Məhsulların yerləşdiyi rəflərə daim nəzarət edilməsi.

İş şəraiti:

• İş vaxtı: Həftə içi 6 gün 09:00–dan 18:00 dək;
• Əməkhaqqı: 400-500 AZN + Bonus (KPİ)
• Nahar şirkət tərəfindən qarşılanır,
• Korporativ nömrə,
• Ünvan: Dərnəgül şossesi, Ziya Bünyadov pr 3105.

Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satış təmsilçisi (mağaza)” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP