Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: N/A DEADLINE: 2021-10-09

Vəzifə: Baş mühasib

İşin təsviri:

- Mühasibat və vergi uçotunun aparılması
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
- Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi
- Bank əməliyyatlarının həyata keçirilməsi və nəzarət
- Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
- Uçot sənədlərinin arxivləşdirilməsini nəzarət etmək;
- İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
- İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.

Tələblər:

- Mövcud sahədə ali təhsil;
- Mühasib/böyük mühasib vəzifəsində təcrübəsi- 4-5 il, baş mühasib kimi - ən azı 2 il- satış(retail)/istehsalat sahəsində çalışan namizədlərə üstünlük veriləcək.
- Vergi Məcəlləsi bilikləri- əla
- Maliyyə büdcəsinin hazırlanma qaydaları
- Müvafiq normativ-hüquqi sənədlər
- Maya dəyərinin hesablanması qaydaları
- Avans hesablarının təlimatı
- Şirkətin uçot siyasəti
- MS Office-excel- əla
- 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır

İş şərtləri:

- 5 günlük iş qrafiki
- Ə/h – 2000-2500 azn
- Ünvan: Binəqədi qəs.Mədən küç., 4.

Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini hcompany@internet.ru ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP