İşə Qəbul üzrə Administrator
 
JOB TITLE: İşə Qəbul üzrə Administrator
EMPLOYER: SSI Retail MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: 2021-09-09 DEADLINE: 2021-10-09

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda İşə Qəbul üzrə Administrator tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu vəzifə meyarlarına əsasən namizədlərin seçimini həyata keçirmək və razılaşdırılmış müddətdə vakansiyanı bağlamaqdır.

Vəzifə öhdəlikləri:

• ERP-dəki vakansiyaları nəzərdən keçirir və sonrakı işəqəbul prossesini dəqiqləşdirir
• Müvafiq struktur rəhbəri ilə iş təsvirini və işə qəbul meyarlarını nəzərdən keçirir
• İş elanlarını hazırlayır və müəyyən edilmiş mənbələrdə iş elanlarını yerləşdirir və yeniləyir
• Mövqelərin meyarlarına əsasən “CV skrininq” həyata keçirir
• Namizədlərlə ilkin müsahibələr təşkil edir
• Seçilən namizədləri müvafiq struktur rəhbərinə təqdim edir və onunla birgə müsahibələrdə iştirak edir
• İşə qəbul olunan şəxsin iş təcrübəsini yoxlayır, ERP-dəki vakansiyanı bağlayır və iş təklifini göndərir
• CV verilənlər bazasını nəzərdən keçirir və yeniləyir

Əsas tələblər:

Təhsil:
• Ali təhsil (Biznesin İdarəedilməsi və İnsan Resurslarının İdarəedilməsi üzrə olması üstünlükdür)

Təcrübə:
• İşəqəbul üzrə Mütəxəssis vəzifəsində ən az 2 il iş təcrübəsi

Professional biliklər:
• İşə qəbul prossesi
• İşə qəbul mənbələri
• Rus və İngilis dilləri yaxşı səviyyədə
• MS Office proqramları

Professional bacarıqlar və kompetensiyalar:
• Müsahibə aparmaq bacarığı
• Tədqiqat bacarıqları
• Ünsiyyət bacarıqları
• Nəticə yönümlülük
• Komandada işləmək
• Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Administrator” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP