Layihəçi-mühəndis (Özbəkistan, Nukus)
 
JOB TITLE: Layihəçi-mühəndis (Özbəkistan, Nukus)
EMPLOYER: North West Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: N/A DEADLINE: 2021-10-09

Vəzifə: Layihəçi-mühəndis (Özbəkistan, Nukus)

Vəzifə funksiyaları:

• Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək;
• Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək;
• Konstruktiv layihələrin yoxlanılması, layihədəki səhvlərin düzəldilməsi;
• Qurğulara texniki baxışın həyata keçirilməsi, texniki baxış aktının və qüsur aktının hazırlanması;
• İnfrastruktur obyektlərinin, o cümlədən metallkonstruksiyaların layihələndirilməsi;
• Layihə üzrə iş həcmlərinin çıxarılması;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
• Başa çatmış tikintiquraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
• Tender sənədlərinin hazırlanması zamanı iş həcmlərinin layihəyə uyğunluğunun yoxlanılması;
• Forma 2lərin layihəyə uyğunluğunun müəyyənləşdirilməsi;

Tələblər:

• Yol tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
• İnşaat sahəsində Ali Təhsil;
• Rus və İngilis dili biliyi;
• AutoCad, SketchUp, Tekla, SAP2000 və digər hesabat və vizualizasiya proqramlarından yüksək səviyyədə istifadə etmək və cizgilərin hazırlanması bacarığı;
• Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Layihəçi-mühəndis" qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP