Texniki-servis mərkəzinin texniki (elektronçu)
 
JOB TITLE: Texniki-servis mərkəzinin texniki (elektronçu)
EMPLOYER: Altair Technologies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: N/A DEADLINE: 2021-10-09

Altair Technologies MMC – Texniki-servis mərkəzinin texniki (elektronçu)

VƏZIFƏ ÖHDƏLIKLƏRI:

• Şirkətinin satış etdiyi avadanlığın texniki imkanlarını və servis tələblərini ideal şəkildə öyrənmək.
• Yeni satılan avadanlığın müştərinin təyin etdiyi sahədə quraşdırıb təhvil vermək. İstifadə təlimini keçmək.
• Satılmış avadanlıqların yarana biləcək nazaslıqlarını aşkarlamaq, aradan qaldırmaq, təmir etmək (InHouse və Out ola
bilər).
• Aylıq planlara müvafiq olaraq və həmçinin gündəlik planlama şəklində bank və digər müştərilərin avadanlıqlarıında
profilaktik işlər aparmaq
• Anbara daxil olan yeni avadanlığın kondisiyaları yoxlayıb satışa ilkin olaraq hazırlamaq.
• Təmsilçisi olduğumuz markalarının avadanlığının texniki təlimatlarını tam olaraq oxumaq, mənimsəmək, texniki
praktiki işə tam hazır olmaq.
• Rəhbərin təlimatlarına müvafiq olaraq xarici və yerli treyninq, texniki konfrans, sərgilərdə iştirak etmək.
• Elektronika sahəsində bilikləri genişlətmək və yeniliklər barədə daima məlumatlı olmaq.
• İnternet vasitəsilə məlumat araşdırmaq və rəhbərlik+satış əməkdaşları ilə paylaşmaq.
• Hazırda aidiyyəti istehsalçılar: Kisan/S.Korea etc –LİDİX və sair saytlar məlumat üçün: www.kisane.com ,www.lidix.com

İŞ ŞƏRTLƏRİ:

• Əmək haqqı start 500AZN (Adaptasiya müddəti ərzində) + bonuslar.
• Adaptasiya müddəti ödənişlidir (3 ay).
• Adaptasiya müddəti bitdikdə yenidən Mühəndis-Elektronçu imtahanı keçiriləcək və nəticələrinə uyğun yeni vəzifə və
uyğun əmək haqqı təklif olunacaq.
• İş yeri: Bakı ş. mərkəzi.
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq (yerli və xarici, həmçinin online).
• İş/Fəaliyyət istiqaməti – Xəzinə avadanlığı, Self-Service avadanlığı – markalar Kisan, CMT.

Ofis ünvanı – Lermontov küçəsi 4, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında
yerləşən ərazi). CV göndərmək üçün mail ünvanı: info@altair.az

Altair şirkəti barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:

www.altair.az
https://www.facebook.com/Altair.Office/
https://www.facebook.com/Altair.Print/

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP