Anbardar (Təcrübəçi)
 
JOB TITLE: Anbardar (Təcrübəçi)
EMPLOYER: Kristal Abşeron MTK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: 2021-09-10 DEADLINE: 2021-10-09

Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: Anbardar (Təcrübəçi)

Tələblər:

– Ali təhsil;
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
– Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
– Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

– Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
– Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
– Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
– Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
– Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
– Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” üzrə yazmaqla ''hr@kristalabsheron.az'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP