Depo müdiri
 
JOB TITLE: Depo müdiri
EMPLOYER: Zakaz.az DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: N/A DEADLINE: 2021-10-09

ZAKAZ Online Supermarket Depo müdiri vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

- Anbarın bölmələrinə rəhbərlik edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi;
- Anbar ərazisində olan xüsusi texnika və avadanlıqların düzgün istismar edilməsinə nəzarət edilməsi;
- Anbar bölmələri üzrə işçilərin iş bölgüsünün düzgün aparılmasının təmin edilməsi, iş rejiminə və davamiyyətinə nəzarət edilməsi;
- İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək intizamını pozanlara dair dərhal müvafiq tədbirin görülməsi, təqdimat və ya müraciət ərizəsi ilə rəhbərliyin məlumatlandırılması;
- Rəflərdə olan məhsulların son istifadə tarixinə (SİT) nəzarət olunması
- Növbədə olduğu müddətdə anbar ərazisini AQTA standartlarına uyğun təmin olunmasına nəzarət etmək
- İnventarizasiya prossesində iştirak edilməsi;
- Satış prosesinin idarə olunmasına nəzarət etmək
- Yeni işə daxil olan Sifariş toplama operatorlarına təlimlərin keçirilməsi
- Sifarişlərin düzgün yığılmasını və müştəriyə çatdırılmasını təmin etmək
- Mal qalığına nəzarət etmək
- Malların qəbulunun təşkil edilməsi
- Anbar uçotunda sənədləşmənin təşkili;
- Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili

Tələblər:

- Yaş həddi: 22-35
- Anbar idarəetməsində minimum 1 il (Market sahəsində olanlara üstünlük veriləcəkdir)
- Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan
- Problem həll etmə bacarığı,yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik)
- İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək
- Məsuliyyətli, dürüst və dəqiq
- Dinamik iş şərtlərinə və dəyişkən iş saatlarına uyğunlaşa bilən

İş şəraiti:

• 6 günlük iş qrafiki
• Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Depo müdiri” yazmaqla cv@zakaz.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP