Kargüzar
 
JOB TITLE: Kargüzar
EMPLOYER: ADY Express DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-09 LAST UPDATED: N/A DEADLINE: 2021-09-21

Şirkət: “ADY Ekspress” MMC
Vəzifə: Kargüzar
İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi

Öhdəliklər:

• Şirkətə daxil olan sənədləri qəbul etmək, qeydə almaq, rəhbərliyin dərkanarına təqdim etmək və dərkanara müvafiq surətdə aidiyyati üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
• Xidməti sənədlərin mühafizəsini təmin etmək;
• Şirkətin daxili sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək;
• Sənədlərin arxivləşdirilməsini təmin etmək;
• Müqavilələrin, məktubların və sənədlərin qeydiyyatını aparmaq;
• Xaric olan məktubları müvafiq qaydada qeydiyyata almaq, göndərilməsini təşkil etmək;
• Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

• Ali təhsil (humanitar sahəni bitirənlərə üstünlük verilir);
• Azərbaycan dilində sərbəst danışıq və qrammatik cəhətdən düzgün yazma bacarığı;
• Microsoft Office proqram təminatından istifadə qabiliyyəti (xüsusilə Word);
• Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
• İş təcrübəsinin olması vacib deyil.

Xahiş olunur CV-lərinizi 20 Sentyabr 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Kargüzar” qeyd etməklə HR@adyexpress.az adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP