Əmək haqqının hesablanması üzrə mühasib
 
JOB TITLE: Əmək haqqının hesablanması üzrə mühasib
EMPLOYER: Bona Dea International Hospital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: N/A DEADLINE: 2021-10-10



Əmək haqqının hesablanması üzrə mühasib 

SAP ERP proqramında işləyənlərə üstünlük verilir.

• SAP programında işçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
• Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
• DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
• Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
• Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
• Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını;
• İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
• İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
• Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlanması və sualların cavablandırılması;

Tələblər:

1) Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
2) Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə əla biliklər;
3) Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
4) Microsoft Ofis proqramlarında Excel -də sərbəst işləmə bacarığı;

E-mail: hr@bonadea.org

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP