Texniki Dəstək üzrə kiçik Administrator
 
JOB TITLE: Texniki Dəstək üzrə kiçik Administrator
EMPLOYER: SSI Retail MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: N/A DEADLINE: 2021-10-10

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Texniki Dəstək üzrə kiçik Administrator tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu İT avadanlıqların fəaliyyətinin təşkil edilməsinə dəsdək olmaqdır.

Vəzifə öhdəlikləri:

• İT avadanlıqların fəaliyyətini təşkil edir
• LAN, WAN, WiFi şəbəkələrinin işini təşkil edir və yaranan nasazlıqları aradan qaldırır
• Kompüter və periferiya avadanlıqlarında yaranan problemləri aşkar edir və həlli istiqamətində tədbirlər görür
• Yeni avadanlıqların işlək vəziyyətə gətirilməsini təşkil edir
• İşçilərin istifadəsində olan proqram təminatlarının fəalliyətini və lisenziya tələb edən proqram təminatlarının müddətini nəzarətdə saxlayır
• Nəzarət kameraları,fingerprint və digər avadanlıqların quraşdılılma işlərini aparır

Əsas tələblər:

Təhsil:
• İT sahəsində və ya müvafiq sahədə ali təhsil

Təcrübə:
• İT üzrə ən azı 1 illik iş təcrübəsi

Professional biliklər:
• İngilis və Rus dilləri arzuolunandır
• Əməliyyat sistemləri, kompüter avadanlığı, və proqram təminatları barəsində bilik
• Şəbəkənin əsasları
• Nəzarət kameraları ilə iş təcrübəsi arzuolunandır
• E-poçtun quraşdırılması və konfiqurasiyası

Professional bacarıqlar və kompetensiyalar:
• Problem həll etmə
• Komandada işləmə
• Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki Dəstək üzrə kiçik Administrator” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP