İstehsal üzrə operator
 
JOB TITLE: İstehsal üzrə operator
EMPLOYER: Grand-Agro LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: N/A DEADLINE: 2021-10-10

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin strategiyasında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – İstehsal üzrə Operator

Vəzifə öhdəlikləri:

- Zeytun meyvəsinin qəbuluna və bunkerə yerləşdirilməsinə nəzarət etmək
- İstehsala başladığı andan etibarən müntəzəm məhsulun istehsal prosesinə nəzarət etmək
- İstehsal davam edən xətdəki maşın (ZEZ, Malaksir, Dekanter, Seperator, filtirləmə) və köməkçi avadanlıqların işləməsini izləmək
- İstehsal olunan məhsulların dad və qoxusunu, orqanoleptik xüsusiyyətlərini davamlı olaraq nəzarətdə saxlamaq
- Hazır məhsuldan analiz vermək, uyğun nəticədən sonra məhsulu təyin edilmiş tanklara göndərmək
- Zeytun meyvəsindən ayrılan küspesi və suyunun uyğun yerə atılmasına nəzarət etmək
- İstehsal xəttindəki maşınlarında sadə mexaniki nizamlamalar işlərini etməli
- İstehsal prosesinin lazımı məlumatlarını uygun formlara işləmək
- İstehsal xəttində çalışan işçilərin iş prosesinə davamlı nəzarət etmək, maşın və avadanlıqların təyin edilmiş məhsuldarlıqda çalışmasını nəzarətdə saxlamaq
- İşlədiyi sahənin, istifadə etdiyi avadanlıqların və istehsal xəttinin təmiz tutulmasını təmin etmək
- Aparata və köməkçi avadanlıqlara gələn hava, buxar təzyiqini davamlı olaraq yoxlamaq
- İstehsal xəttində uyğunsuzluga yol verməmək, uyğunsuzluq baş verdiyi zaman lazımı şəxslərə məlumat vermək və istehsal xəttini saxlamaq
- Dolmuş və dolmaqda olan tankları azot qazı altında saxlamaq
- Sahə rəisinin və İstehsalat mühəndisinin verdiyi tapşırıqları vaxtında, düzgün və səliqəli şəkildə yerinə yetirmək

Tələblər:

• Peşə məktəbi və ya Orta ixtisas təhsili (Qida istehsalatı)
• Avtomatik, elektron və mexaniki cihazların xüsusiyyətlərini və iş prinsplərini barədə biliklər
• İstehsalın texnoloji, keyfiyyət ve istehsal qəbul-imtina qaydalarını barədə biliklər
• Azərbaycan Dili - ana dili
• Komanda şəklində işləmə bacarığı
• Microsoft Ofiice proqramları (orta səviyyədə)

İş şəraiti:

- İş yeri – Türkan əməliyyat ofisi
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir.
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/596-istehsal+uzre+operator

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP