Mağaza menecerinin köməkçisi
 
JOB TITLE: Mağaza menecerinin köməkçisi
EMPLOYER: Homme DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: 2021-09-10 DEADLINE: 2021-10-10

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

HOM-ME mağazasına hal hazırda Mağaza Menecerinin Köməkçisi tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu satışın təşkil edilməsinə və mağazanın idarə edilməsinə dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:

• İşçi heyətinin müvafiq iş qrafikinə riayət olunmasını təmin edir
• Aylıq satış planının hər bir satış təmsilçisi tərəfindən yerinə yetirilməsini dəstək olur
• Ticarət salonunda baş verən nasazlıqları vaxtında aşkar edir və aradan qaldırılması üçün tədbir görür
• Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin edir
• VİP satışları həyata keçirir
• Müştəri bazasının artmasını və keyfiyyətini təmin edir
• Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini yazılı (e-mail) məlumatlandırır
• Ticarət salonunda nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir
• Zəruri hallarda mağaza menecerinin vəzifəsini yerinə yetirir

Əsas tələblər:

Təhsil:
• Ali təhsil arzu olunandır

Təcrübə:
• Müvafiq satış sahəsində ən az 3 il iş təcrübəsi

Professional biliklər:
• Müştəri xidmətləri
• Satış texnikası
• Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
• MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar:
• İdarəetmə bacarığı
• Liderlik
• Təşkilatçılıq
• Satış acarığı
• Ünsiyyət bacarığı
• Zamanın idarəolunması
• Problem həll etmə
• Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Menecerinin Köməkçisi” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP