Mağaza meneceri
 
JOB TITLE: Mağaza meneceri
EMPLOYER: Homme DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: 2021-09-10 DEADLINE: 2021-10-10

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

HOM-ME mağazasına hal hazırda Mağaza Meneceri tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

• Satış göstəriciləri və məhsul qalığının əsasında satınalma büdcəsini formalaşdırır
• Satış üçün məhsulları sifariş edir
• Satışların təşkili üçün nəzərdə tutulan qeyri-kommersiya xarakterli malları sifariş edir
• Satış təmsilçilərinə aylıq satış hədəflərini təyin edir
• Ümumi satış hədəfi tələblərini yerinə yetirir
• Mağaza işçilərini işə götürür
• İşçi heyətinə müvafiq “Satış Texnikası”, “Müştəri Xidmətləri” təlimlərini verir
• Yeni kolleksiyalar haqda mağaza heyətini tanış edir
• VİP satışları həyata keçirir
• Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir
• Mağazalarda müştəri xidməti tələblərinə riayət edir
• İşçilərin iş qrafiklərini hazırlayır və davamiyyəti müvafiq olaraq idarə edir
• İş prosedurlarına uyğun olaraq gündəlik işləri təşkil edir
• Autsors işlərini təşkil (dərzi,kimyəvi təmizləmə işləri və s.) edir
• Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və talama halları barədə rəhbərinə məlumat verir
• Mağazadakı nasazlıqları aşkar edir və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görür
• Mağazada sanitariya-gigiyena, təhlükəsizlik və intizam qaydalarına riayət edir və pozuntular barədə rəhbərliyi məlumatlandırır

Əsas tələblər:

Təhsil:
• Ali təhsil arzu olunandır

Təcrübə:
• Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
• İdarəetmə sahəsində ən az 2 il təcrübə
• Sifariş etmə təcrübəsi
• Müsahibə aparmaq təcrübəsi
• Bonus sistemi ilə işləmə təcrübəsi

Professional biliklər:
• Müştəri Xidmətləri
• Satış Texnikası
• Merçendayzinq qaydaları
• Şirkətin daxili idarə etmə proseduru
• Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
• MS Office Proqramlarını mükəmməl bilmək

Professional bacarıqlar və kompetensiyalar:
• İdarəetmə bacarığı
• Liderlik
• Təşkilatçılıq
• Satış bacarıqları
• Müsahibə aparmaq bacarığı
• Təlim keçmə bacarığı
• Ünsiyyət bacarıqları
• Zamanın idarəolunması
• Problem həll etmə
• Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP